Pandemiya dövründə qanunsuz ov halları azalıb

Pandemiya dövründə qanunsuz ov halları azalıb
  21 May 2020    Oxunub:2985
Azərbaycanda pandemiya dövründə qanunsuz ovların sayı xeyli azalıb.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə bu sahəyə ciddi nəzarət edilir: "Pandemiya dövründə ətraf mühitin digər sahələri kimi, qanunsuz ovda da ciddi azalma müşahidə edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti