Goranboyun İcra Hakimiyyətində vətəndaşlar döyülüb? - VİDEO
Araşdırmamız zamanı hadisə şahidləri belə bir halın baş vermədiyini, Arzu Verdiyev və Eldar Musayevin iddialarının əsassız olduğunu bildiriblər.
Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək onların qanunu istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər.
Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.
Azvision.az
Teqlər: Goranboy