Soçi Olimpiadasını FBİ qoruyacaq

Soçi Olimpiadasını FBİ qoruyacaq
  10 Yanvar 2014    Oxunub:1438
Soçi Qış Olimpiadası müddətində 30 FTB agenti təhlükəsizliyi təmin edəcək.
AzVision.az rus KİV-lərə istinadən xəbər verir ki, Amerika xüsusi xidmət orqanları Soçi Olimpiadasında təhlükəsizliyin təminatı üçün rusiyalı həmkarlarına kömək edəcək.

Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi Rusiya ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığı yüksək dəyərləndirib. Onun sözlərinə görə, Federal Təhqiqatlar Bürosunun (FTB) 30 əməkdaşı Rusiyaya ezam olunacaq. Onlardan 20-sinin Moskvada, 10 nəfərinin isə Soçidə xidmət aparacağı bildirilir.
“Onların bəziləri artıq xidmət yerlərindədirlər”- deyə Ceyms Komi məlumat verib.

Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Cen Psaki isə Bostondakı terror aktından sonra Rusiya ilə ABŞ arasında beynəlxalq terrorizmlə bağlı əməkdaşlığın daha da möhkəmləndiyini bildirib.

“Bu sahədə əməkdaşlığımız müxtəlif kanallar vasitəsilə: prezident komissiyalarının işçi qrupları, beynəlxaql ekspert və hüquq-mühafizə orqanlarının daxil olduğu işçi qruplar səviyyəsində həyata keçirilir. Biz Soçi Olimpiadası öncəsi bu əməkdaşlığın genişləndirilməsini alqışlayırıq”.

Xatırladaq ki, fevralın 7-də açılışı baş tutacaq Soçi Olimpiadasında təhlükəsizliyi 50 min polis və əsgər təmin edəcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti