Sahiliboyu ərazilərdə çirklənmələr aşkar edilib

Sahiliboyu ərazilərdə çirklənmələr aşkar edilib
  21 May 2020    Oxunub:3176
Sahilboyu ərazilərdə və digər rayonlarda çirkab sularının qeyri-düzgün idarə olunması müşahidə edilir. Bununla bağlı müxtəlif layihələr hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əksər regionlarda “Azərsu” ASC tərəfindən işlərə başlanılıb.

“Bizi narahat edən məqam Abşeron yarımadası, Xəzər dənizi sahilboyu ərazilərdə çirklənmələrin olmasıdır. Sahil zonalarında yerləşən iaşə obyektlərində, xüsusən, Hövsan, Sumqayıt tərəfdə və bir neçə nöqtədə narahatedici məqamlar var. Bununla bağlı “Azərsu” ASC tərəfindən müvafiq xəbərdarlıqlar edilib. Bir neçə ildir ki, nazirlik çirkləndiricilərə qarşı sərt mövqe göstərir. Bir neçə çirkləndirici barədə məhkəmələrə müraciət etmişik və ciddi cərimələr olunub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti