Naxçıvanda komanda-qərargah təlimi davam edir
Qarşı qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələri yerdəyişməni, kəşfiyyat və xüsusi təyinatlı bölmələr isə cəmləşmə və açılma rayonlarında diversiya-təxribat xarakterli fəaliyyətləri icra edirlər.
Güc və qüvvələrin bir istiqamətdən digərinə küçürülməsi zamanı qoşunların təhlükəsiz hərəkəti komendant xidməti tərəfindən təmin edilir, bölmələrin manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılır.
Komanda-qərargah təlimi mayın 22-dək davam edəcək.
Azvision.az
Teqlər: Naxçıvan Təlim Qərargah Komanda