Prezidentə minnətdarlıq məktubları: “Xeyirxah işlərinizi söyləməklə qurtarmaz”

    Prezidentə minnətdarlıq məktubları:    “Xeyirxah işlərinizi söyləməklə qurtarmaz”
  20 May 2020    Oxunub:5806
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Ağdam rayonundan məcburi köçkünlər Aytəkin Əliyeva, Gültəkin Əliyeva, Gülyaz Əliyeva, Sevda Əliyeva, Aygün Qasımova və Aynurə Əliyeva yazırlar: “Hörmətli Prezidentimiz, dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə verdiyiniz doğru qərarlar ölkəmizi COVID-19 virusunun ağır fəsadlarından qorumaqdadır. Bu çətin dövrdə Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu işinizlə bir daha sübut etdiniz. Tez bir zamanda ölkəmizə lazımi tibbi avadanlıqların gətirilməsi, yeni xəstəxanaların fəaliyyətə başlaması, modul tipli xəstəxananın vaxtında tikilib başa çatdırılması qərarlarınızın dinamikliyinin nəticəsidir. Əminik ki, uzaqgörənliyinizin və dərin zəkanızın sayəsində xalqımız bu bəladan az itkilərlə sovuşacaq. Qətiyyətli addımlarınızın nəticəsi olaraq artıq ölkəmizdə yeni idarəetmə modeli formalaşır. Korrupsiya və rüşvətxorluğa qarşı tutduğunuz ciddi mübarizə siyasəti öz töhfəsini verməkdədir. Gördüyünüz bütün tədbirlər vətəndaş məmnunluğunun artırılmasına hesablanıb. Bunlar xalq-Prezident həmrəyliyini gücləndirir, Sizə olan inamı daha da artırır.

Cənab Prezident, bu çətin günlərdə xalqımıza göstərdiyiniz böyük dəstəyə və vətəndaşların sağlamlığını üstün tutduğunuza görə Sizə bütün təhsil işçiləri və məcburi köçkünlər adından təşəkkürümüzü bildiririk”.

Masallı rayonunun sakini İsgəndər Məmmədəliyev: “Möhtərəm Prezidentimiz, bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə aparılır. Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətinə birdəfəlik ödənişin edilməsi, tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması Sizin xalqımıza olan sevginizin daha bir göstəricisidir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Allah Sizi qorusun!”.

Daşkəsən şəhərindən Sərvinaz Qurbanova: “Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, əvvəlcə onu bildirim ki, oğlum Əli Polis Akademiyasında təhsil alır. Ailəmiz buna çox sevinir. Həyat yoldaşım da həm hərbçi kimi xidmət edərkən, həm də polis işləyərkən torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirib. Hazırda təqaüdçüdür. Müstəqil Azərbaycanda övladlarımızın sülh və əmin-amanlıq şəraitində yaşayıb təhsil almasına görə hər birimiz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Oğlumun oxuduğu təhsil müəssisəsi haqqında sevinclə, ağızdolusu danışa bilərəm. Sizin təhsil sahəsinə ayırdığınız diqqətin, tələbkarlığın nəticəsini biz vətəndaşlar görürük. Sizə ailəmiz adından səmimi təşəkkür edirəm. Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirik.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Azərbaycan Respublikasının inkişafına, nüfuzunun artmasına, vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında göstərdiyiniz əməyə və yürütdüyünüz siyasi xəttə görə əminliklə deyirik ki, xalqımızın taleyi, gələcəyi etibarlı əllərdədir. Əminik ki, vaxt gələcək, işğal olunmuş torpaqlarımız da azad ediləcək, insanlarımız daha yaxşı yaşayacaq. Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin vətəndaşlara göstərdiyiniz qayğı və maddi yardımlar bir daha göstərir ki, dövlətimiz uğurla idarə olunur. Xeyirxah işlərinizi söyləməklə qurtarmaz. İşsizliyin minimuma endirilməsinə, qocalara qayğıya, kimsəsizlərə köməyə görə Sizə minnətdarıq. Bütün bu işlərə, yürütdüyünüz sülhsevər və uğurlu siyasətə görə təşəkkür edirik”.

Tərtər rayonundan Sadiq Quliyev: “Möhtərəm cənab Prezident, Sizi bütün tərtərlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya qarşı mübarizədə Sizin xalqla birlikdə "Biz birlikdə güclüyük!" şüarı altında həmrəy olaraq atdığınız qətiyyətli və humanist addımlar həm xalqın Sizə olan inamını və sevgisini daha da artırdı, həm də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı. Bu gün Tərtərdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də mən bütün tərtərlilərin Sizə minnətdarlığını çatdırmağı özümə borc bildim. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun!”.

Şəki şəhərindən Ruhəngiz Məmmədova, Eldəniz Aslanov, Gülmirə Aslanova, Xəyalə Qurbanova və Məmməd Qasımov yazırlar: “Hörmətli cənab Prezident, vətəndaşların sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində ilkin qabaqlayıcı tədbirlər görən ölkələrdən biri də Azərbaycandır. Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Buna görə xalqımız Sizə minnətdardır. Karantin dövründə sadə insanların yanında olduğunuza, əhaliyə edilən yardımlara, ödənilən müavinətlərə və bir sıra güzəştlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Azərbaycanımızı qorusun!”.

Cəlilabad rayonunun sakini Əli Məmmədovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, bu çətin dövrdə Azərbaycan xalqının, dövlətinin etibarlı müdafiəsi, sağlamlığının qorunması, aztəminatlı ailələrin ehtiyacının ödənilməsi bütün dünya azərbaycanlılarının sevincinə səbəb olub. Bunu Sizə ünvanlanan çoxsaylı təşəkkür məktublarından da görmək olar. Mən də ailəmin adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Uca Allah Sizə, Mehriban xanıma və ailənizə daim kömək olsun! Azərbaycan xalqının bütün vətənpərvər nümayəndələri hər zaman Sizin yanınızdadır”.

Şirvan şəhərindən Züleyxa Qayıbova yazır: “Hörmətli cənab Prezident, ölkəmizə də təsir edən koronavirus pandemiyasının yaratdığı bu çətin günlərdə hamı kimi mənim də ürəyimdə nigaranlıq duyğuları var idi, təlaşımızda haqlı idik. Dünyanın bir çox inkişaf etmiş böyük dövlətlərinin belə qarşısında aciz vəziyyətə düşdükləri pandemiya hamımızdan çox Sizi narahat edirdi. Hər zamankı məsuliyyətiniz bu günlərdə də öz sözünü dedi. Əsl rəhbər, əsl dövlət xadimi, əsl vətəndaş mövqeyi sərgiləyərək xalqımızı, dövlətimizi bu bəladan uzaq tutmağınız Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırdı. Biz ahılların Sizə ünvanlanan duaları, alqışları Sizi daha da qüvvətləndirdi. Karantin elan olunan ilk gündən aztəminatlı ailələrə olunan yardımlar, dövlət işlərində çalışanların məvaciblərinin əvvəlki kimi ödənilməsi, işsiz kimi dövlət qeydiyyatından keçmiş vətəndaşlarımıza edilən yardımlar sosial və hüquqi dövlət kimi qüdrətimizi bütün dünyaya göstərmiş oldu.

Əziz Prezidentimiz, Siz ölkəmizi təhdid edən bütün problemlərin öhdəsindən qətiyyətlə gəlmək bacarığınızı bir daha təsdiq edərək bütün dünyaya örnək bir lider olduğunuzu sübut etdiniz. Sizinlə fəxr etdik, qürurlandıq, ruhlandıq, birləşdik. Allah Sizdən razı olsun, əziz Prezidentimiz! Nə yaxşı ki, varsınız!”.

Bakı şəhərinin sakini Sevil Qurbanova: “Möhtərəm cənab Prezident, məktubuma ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi vaxtlarda atamın dediyi sözlərlə başlamaq istəyirəm: “Heydər Əliyev bizi bu bəladan qurtaracaq”. Azərbaycanın çətin vaxtında atamın əminliklə dediyi bu sözləri o zaman uşaq olduğuma görə tam dərk etmirdim, amma zamanla ulu öndər Heydər Əliyevin qüdrətli siyasəti nəticəsində Azərbaycanımızın bəlalardan qurtulub gündən-günə çiçəkləndiyinin şahidi oldum. Son zamanlar bütün dünyanı bürümüş pandemiya ölkəmizdən də yan keçməyəndə Sizin ilk çıxışınız zamanı atam: “Prezidentimiz İlham Əliyev bizi bu bəladan qurtaracaq. Atasının oğludur”, - deyəndə bu dəfə əmin idim ki, Sizin rəhbərliyinizlə bu bəladan üzüağ çıxacağıq. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bu gün ən az itki verən ölkələr sırasındadır. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən Azərbaycan xalqına diqqət və qayğınızı əsirgəmədiniz. Sizin qabaqlayıcı tədbirlər barədə verdiyiniz bütün qərarlar xalqımızın rifahı və sağlamlığı məqsədi daşıyırdı. Siz bu çətin zamanda bir daha sübut etdiniz ki, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Bir daha əmin olduq ki, ölkəmiz Sizinlə daim gözəl günlər yaşayacaq.

Cənab Prezidentimiz, ölkəmizin inkişafı, xalqımızın rifahı və sağlam gələcəyi üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz Sizinlə güclüyük!”.

Gəncə şəhərindən Rza Ələsgərov: “Hörmətli cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızın qorunması üçün vaxtında, tam dəqiq verdiyiniz qərarlar və göstərişlər nəticəsində Azərbaycan xalqının bu xəstəlikdən qorunmasına nail olunub. Dünya ölkələrindəki vəziyyətə baxdıqda Azərbaycan xalqı üçün verdiyiniz göstərişlər və görülən işlər olmasaydı, ölkəmiz üçün vəziyyət heç də ürəkaçan olmayacaqdı. Bütün bunlardan açıq görünür ki, Sizin başlıca məqsədiniz xalqımızın bu xəstəlikdən minimum itki ilə çıxmasıdır. Bir çox ölkələrin iqtisadiyyatı fikirləşərək qərarları gecikdirməsi hazırda pandemiyanın ağuşunda olmalarına gətirib çıxarıb. Hazırkı vəziyyətdə aydın görünür ki, Azərbaycan xalqı üçün verdiyiniz qərarlar nə dərəcədə doğrudur. Bu qərarlar nəticəsində koronavirus pandemiyasının ölkədə yayılması minimuma endirilib, səhiyyə bu xəstəliklə mübarizəyə tam hazırlanıb. Verdiyiniz qərarlar digər ölkələrə nümunə olub.

Cənab Prezident, belə bir vəziyyətdə hər zamankı kimi xalqın yanında olduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, təşəkkür edirəm. Biz bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz Prezidentimiz var”.

Xaçmaz rayonunun sakinləri Şakir Məmmədov, Aytən Adilova, Svetlana Eldarova və Həmid Eldarov yazırlar: “Möhtərəm cənab Prezident, “Xanoba” gömrük postunun tikintisi, həmin postla ”Samur” sərhəd keçid məntəqələri arasındakı avtomobil yolunun genişləndirilməsi ilə bağlı sərəncamlarınız xaçmazlılara verdiyiniz ən yüksək qiymət və ölkəmizdə aparılan iqtisadi islahatların məntiqi davamıdır. Bu istiqamətdə ayırdığınız maliyyə vəsaiti sərhəd zonasında yaşayan əhalinin rahat şəkildə sərhəd keçid məntəqəsindən istıfadə etməsinə, yolda isə maneəsiz hərəkətinə dəstək olacaq. Siz ulu öndər Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək müstəqil Azərbaycanı daha da gücləndirirsiniz. Bu yolda Sizə möhkəm cansağlığı, uğurlar arzulayırıq”.

Kürdəmir rayonundan Ayşad Qarayeva, Elmar Əsədov, Tahirə Məmmədova və Dürdanə Şirinova yazırlar: “Möhtərəm cənab Prezident, biz Sizinlə, sözün əsl mənasında, fəxr edirik. Bu gün biz məhz Sizin uzaqgörən siyasətinizin nəticəsində sağlamıq, sevdiklərimizin əhatəsindəyik. Bu çətin günlərdə istər karantində olan, istərsə də evdə qalan vətəndaşlarımız xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Həmin diqqət və qayğı xeyirxah, nəcib işlər görən, xalqın xeyri üçün əlindən gələni, hətta ondan da artığını edən, ən əsası isə ulu öndər Heydər Əliyev yolunun uğurlu davamçısı olan bir liderin sayəsində mümkün oldu. Sizin Prezidenti olduğunuz bir ölkədə yaşamağımızla qürur duyuruq. Yaşasın müstəqil Azərbaycanın Prezidenti və onun ətrafına sıx birləşən Azərbaycan xalqı!”.

Şəmkir rayonundan Könül Məmmədova, Günay İsayeva, Xatın Hüseynova və Vüsalə Yolçuyeva yazırlar: “Möhtərəm cənab Prezident, biz Sizə Şəmkir rayonunun müəllim, tələbə və şagirdləri adından müraciət edərək təşəkkür etmək istəyirik. Sizin sayənizdə xalqımız koronavirus xəstəliyindən az zərərlə qurtulacaq. Siz şagirdləri, tələbələri xəstəlikdən qorudunuz, lakin heç kim təhsildən kənarda qalmadı. Sizin vətəndaşlara, xalqımıza nə qədər dəyər verdiyinizi hamı gördü. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız addımlar Sizin xalqa sevginizi bir daha nümayiş etdirdi.

Cənab Prezident, Allah Sizi daim qorusun! Çox sağ olun”.

Ağdam rayonundan Əli Rzayev, Qəmər Səfərova və Rəfail Zeynalov dövlətimizin başçısına minnətdarlıqlarını bu sözlərlə bildirirlər: “Möhtərəm cənab Prezident, son aylarda dünyanı bürüyən qorxulu koronavirus xəstəliyinə qarşı mübarizəniz, gecə-gündüz öz xalqınızı qorumağınız bizə yaxşı məlumdur. Bu zəhmətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu gərgin zəhmətin arxasında xalqın iqtidara olan inamı, sevgisi, etibarı dayanır.

Cənab Prezident, bu çətin günlərdə biz xüsusi qayğı hiss edirik. Aldığımız yardımlar həm də mənəvi dəstək idi. Biz ağdamlılar həmişə Sizin yanınızdayıq. Sizin səmərəli fəaliyyətinizlə bizi qarşıda daha gözəl günlər və Qarabağa qayıdış gözləyir. Allahdan Sizə güc və sağlamlıq arzulayırıq”.

Bakı şəhərinin sakini İlham Tağıyev: “Möhtərəm cənab Prezident, mən bir neftçi kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Çünki bu mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Çox sevindirici haldır ki, Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsindədir.

Cənab Prezident, "Biz birlikdə güclüyük!" çağırışınızla xalqımızın malik olduğu ən ülvi dəyərləri səfərbər etdiniz. Həmçinin, ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırdı. Azərbaycanlılar Sizinlə və Mehriban xanımla qürur duyur, fəxr edir. Bizi, Azərbaycan xalqını bu cür diqqət və qayğı ilə əhatə etdiyiniz üçün ailəmin adından Sizə dərin təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirəm. Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Bakı şəhərinin Xətai rayonunun sakinləri Firdovsi Həsənov, Gülşən Ağayeva, Səməd Cabbarov, Rahilə Mahmudova və Abil Əliyev yazırlar: “Hörmətli cənab Prezident, Sizin koronavirusla bağlı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu işinizə görə bu gün Azərbaycan bir çox ölkələrə örnək göstərilir. Siz insanların sağlamlığını iqtisadi fəallıqdan, maddi gəlirlərdən üstün tutdunuz. Biz çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz ölkədə yaşayırıq. Çox fərəhləndirici haldır ki, xalqın malına göz tikən, vəzifəsindən sui-istifadə edən rüşvətxor məmurlara qarşı mübarizəni də uğurla davam etdirirsiniz. Son günlərdə bir neçə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Əziz Prezidentimiz, biz vətəndaşlar əminik ki, dünyaya Günəş kimi doğan Azərbaycanın qarşısını kəsməyə, şəfəqini azaltmağa çalışan qara buludlar tezliklə dağılacaq, ölkəmiz hər zaman açıq səmada parlamaqda davam edəcək. Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə yeni-yeni uğurlar, sağlam və uzun ömür arzulayırıq”.

Bərdə rayonunun Samux kəndindən Seymur Məmmədov: “Hörmətli cənab Prezident, Sizin tapşırığınıza əsasən respublikamızın bütün regionlarında müasir avtomobil yollarının, körpülərin, keçidlərin yüksək keyfiyyətlə tikilməsinin şahidi oluruq. Tapşırığınıza əsasən Bərdə rayonunun Samux kəndində də uzunluğu 4 kilometr olan yeni yol tikilib. Bu yolun tikintisi kənd sakinlərinin hədsiz sevincinə səbəb oldu. Görülən işlərə görə kəndimizin camaatı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Samux kəndinin sakinləri adından Sizə bitməz-tükənməz yollar qədər uzun ömür, cansağlığı və ailə səadəti arzulayırıq. Çox sağ olun, cənab Prezident”.

Ucar rayonundan Aysu Ramazanova və Saleh Qardaşov yazırlar: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası dövründə bizə arxa-dayaq olduğunuza, hər birimizə xüsusi diqqət yetirdiyinizə, hər kəsin problemini həll etməyə çalışdığınıza görə Sizə minnətdarıq. Siz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını hər şeydən üstün tutur və buna nail olmaq üçün əlinizdən gələni əsirgəmirsiniz. Biz də Sizə inanır, güvənir və Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun!”.

Füzuli rayonundan Hörmət Səfərov, Eynulla Cəfərov, Miralı Nəsirov, Hüseyn Əliyev, Əsəd Kazımov, Rahib Mehdizadə və Mədəd Məmmədov yazırlar: “Hörmətli cənab Prezident, Sizin geniş dünyagörüşünüzə, sağlam düşüncənizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız xalqımızın sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu istiqamətdə atdığınız addımlar, gördüyünüz qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanlarla çıxmağımız, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun!”.

Masallı rayonunun Bədəlan kəndindən Firdovsi Cəbrayılov: “Möhtərəm cənab Prezident, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub. Bütün dünyanı cənginə alan koronovirus bəlasından xalqımızı qorumaq üçün vaxtında verdiyiniz qərarlar və tapşırıqlar bir Azərbaycan vətəndaşı kimi bizi çox sevindirdi. Çox sevindirici haldır ki, iqtisadi gücü ilə öyünən bir çox dövlətlər belə ölkəmizin bu pandemiyaya qarşı apardığı mübarizə üsulundan faydalanırlar. İnanıram ki, Sizin hərtərəfli düşünülmüş siyasətiniz nəticəsində ölkəmiz postpandemiya dövründə öz iqtisadi gücünü sürətlə bərpa edəcək. Son günlər kəndimizin sakinlərinin maddi rifahının təmin olunması üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımlar kənd camaatı tərəfindən böyük sevinclə qarşılandı. Buna görə kənd sakinləri adından Sizə, Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürümüzü bildiririk.

Cənab Prezident, hər zaman olduğu kimi, bu ağır günlərdə də xalqın yanında olaraq hər bir vətəndaşın sağlamlığı, təhlükəsizliyi və sosial rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, bizi qoruduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk. Vətənimizin daha xoşbəxt sabahı üçün həyata keçirdiyiniz tədbirləri görür, alqışlayır və Sizin ətrafınızda sıx birləşmişik. Sizə işlərinizdə uğurlar arzulayıram. Allah Sizi qorusun!”.

Bakının Xəzər rayonunun Qala qəsəbəsindən Qorxmaz Ağayev: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Təbii ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir çətinlik hiss etmədi. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə aylıq 190 manat vəsaitin verilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Sizə bir daha minnətdarlığımı bildirir, yürütdüyünüz siyasətin uğurlarının daha bol olmasını arzu edirəm. İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha güclü və qüdrətli olacaq”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Vətəndaşş   Məktub  





Xəbər lenti