Almaniyada 4 min azərbaycanlı qeyri-qanuni yaşayır

 Almaniyada 4 min azərbaycanlı qeyri-qanuni yaşayır
  19 May 2020    Oxunub:6158
“Almaniyada 4 min nəfər qeyri-qanuni yaşayan vətəndaşımız var. Mühacirətə aparılıblar, onların hamısı nəzarətimizdədir”.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 1500 nəfərin Almaniyanın müvafiq qurumları tərəfindən deportasiya olunması ilə bağlı qərar çıxarılıb: “2500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb. Bu məsələ ciddi nəzarətimizdə saxlanılır”.

Nazir müavini bildirib ki, adlarını demokrat qoyan təşkilatlar saxta sənəd alveri ilə məşğuldurlar: “Bu, hamımıza bəllidir. Onların hamısının bizdə statistikası var”.

Deputat Siyavuş Novruzov parlamentin iclasında çıxışı zamanı bildirib ki, bu gün bir sıra siyasi partiyalar, Milli Şura və onun tərkibində olan Xalq Cəbhəsi, başında baş insan alverçisi duran Əli Kərimli miqrant alveri ilə məşğul olur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Almaniya   Miqrant  





Xəbər lenti