Vitse-spiker: “Rəsulzadə barədə deyilənlər təxribatdır”

    Vitse-spiker:   “Rəsulzadə barədə deyilənlər təxribatdır”
  19 May 2020    Oxunub:3111
“Ermənistan siyasi dairələrində və mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə barədə deyilənlər təxribatdır”.
Azvision.az xəbər verir ki, bunu parlamentin plenar iclasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadır.

“Bu sayıqlama haradan qaynaqlanır? Adam güclü zərbə alanda sayıqlayır. Paşinyan xəyanətkardır. Onun babasının özü faşistlərə xidmət edib”,- deyə F.İbrahimli əlavə edib.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: Milli-Məclis  





Xəbər lenti