Ordumuzun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO
Təlimlərdə, döyüş şəraitində texnikalar sıradan çıxa bilər. Bu səbəbdən hərbi texnikalarla yanaşı onların ehtiyat hissələri də gərəklidir. Silahlanmada olan texnikaların ehtiyat hissələri müvafiq müqavilələr əsasında alınır, daxili komissiya tərəfindən yoxlanılır, aktlaşdırılır və bazanın balansına daxil edilir. Hazırda hərbi anbarlarda olan ehtiyat hissələri Rusiya Federasiyasında istehsal edilən “KAMAZ” və Belarus Respublikasının istehsalı olan “MAZ”a məxsusdur. Anbara qəbul olunan ehtiyat hissələri müəyyən standartlara uyğun olaraq texnikanı istehsal edən qabaqcıl dövlətlərə məxsusdur.
Hərbi hissələrin tələbat sifarişləri, eyni zamanda Maddi-Texniki Təminat Baş İdarəsinin Silah və Texnika İdarəsinin müvafiq normalara uyğun verdiyi naryadlar əsasında birləşmələrin maddi-texniki təminat taborlarında yerləşən zirehli tank əmlakı anbarlarına aparılır. Sonra hərbi hissələrin tələbatına uyğun bölüşdürülür.
Bundan əlavə, anbarlarda ölkəmizin istehsalı olan ehtiyat hissələri də mövcuddur. Bütün ehtiyat hissələri anbarlarda səliqəli və müvafiq qaydalara riayət edilməklə saxlanılır.
Azvision.az
Teqlər: Müdafiə-Nazirliyi Ordu Silah Texnika