Xəstəxanaların bağlanması xəbərinə rəsmi münasibət

  Xəstəxanaların bağlanması xəbərinə rəsmi münasibət
  18 May 2020    Oxunub:3337
Hazırda xüsusi həkim qruplarımız bütün xəstəxanalara baxış keçirir. Bu, normal haldır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xəstəxanaların bağlanması barədə xəbər yaymaq düzgün deyil.

"Bu, hər hansı xəstəxanada dezinfeksiya işlərinin aparılması ilə bağlı ola bilər. Bir xəstəxanaya daim xəstələr gəlir və mütəmadi olaraq işlər aparılmalıdır, şöbə-şöbə dezinfeksiya işləri davam etdirilməlidir. Başqa xəstəxanalarda da belə tədbirlər aparılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti