Çimərliklərin açılması üçün qaydalar hazırlanır

   Çimərliklərin açılması üçün qaydalar hazırlanır
  18 May 2020    Oxunub:3926
Çimərliklərlə bağlı komissiya yaradılıb və qaydalar hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, çimərliklərdə sosial məsafə saxlamaq lazımdır: "Ola bilsin ki, bəzi çimərliklərdə sıxlıq yaransın. Elektron sistemdən istifadə etmək niyyətindəyik. Bu sistem özünü doğrultsa, insan evdən çıxmadan özünə yer sifariş edə bilər. Biz axtarışdayıq, proqram və qaydalar hazırlanır, yaxın vaxtda açıqlanacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Çimərlik   Bakı   Yay  





Xəbər lenti