Xəzərdə dalğanın hündürlüyü 4.2 metrə çatıb

 Xəzərdə dalğanın hündürlüyü 4.2 metrə çatıb
  18 May 2020    Oxunub:5084
Milli Hidrometeorologiya Xidmətinin mayın 17-si saat 20:00-a olan məlumatına əsasən, Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.
Xidmətdən Azvision.az-a bildirilib ki, qərb küləyi Naftalan, Neftçalada 26, Ağstafada 22, Göyçayda 21, Zərdab, Beyləqan, Ağdam, Cəfərxanda 20, Tərtər, İmişlidə 18, Sabirabadda 17, Qum adasında 26, Sumqayıt, Maştağa, Çilov adasında 22, Bakıda 20, Neft Daşlarında 21 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizində dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti