Azərbaycanla Türkiyə arasında imzalanmış saziş təsdiqləndi

 Azərbaycanla Türkiyə arasında imzalanmış saziş təsdiqləndi
  15 May 2020    Oxunub:3393
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti