Müxalifət lideri prezidentlə görüşüb

  09 Yanvar 2014    Oxunub : 555
Müxalifət lideri prezidentlə görüşüb
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Dəniz Baykal ölkə başçısı Abdulla Güllə görüşüb.
AzVİsion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Abdulla Güllə görüşən siyasətçi Türkiyədə son zamanlar baş verən hadisələri müzakirə edib. O, görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkə də olan vəziyyət böhran xarakter daşıyır.

“Kaş ki, bu görüşlərimin nəticəsində ümidli və nikbin olmaq imkanı əldə edərdim. Belə görünür ki, problemlər və sıxıntılar davam edəcək. Bunun normal olmadığını, hazırkı vəziyyətimizin böhran tablosu olduğunu düşünürəm. Dövlətin əsas orqanları qarşıdurma içindədir”.

Dəniz Baykal onu da vurğulayıb ki, ehtiyac olarsa, baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşə bilər: “Baş nazir də istəyərsə onunla görüşə bilərəm. Siyasətçilərin bir-biriləri ilə görüşlər keçirməsini yararlı hesab edirəm və özüm də bu cür görüşlərə hazıram”.

Fatimə Kərimli

Teqlər: