Naxçıvanda komanda-qərargah təlimi keçiriləcək

   Naxçıvanda komanda-qərargah təlimi keçiriləcək
  15 May 2020    Oxunub:1636
Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi keçiriləcək.
Azvision.az xəbər verir ki, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetiriləcək.

Azvision.az


Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti