Tələbə olmaq istəyənlərin sayı açıqlandı

Tələbə olmaq istəyənlərin sayı açıqlandı
  14 May 2020    Oxunub:4213
Ali məktəblərin I-IV qrupları üzrə 18758 nəfər ərizə verib ki, onlardan 16541 nəfəri Azərbaycan bölməsi, 2217 nəfəri rus bölməsi üzrədir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, I ixtisas qrupu üzrə 7954 nəfər (Azərbaycan bölməsi üzrə 7027, rus bölməsi üzrə 927), IIixtisas qrupu üzrə 3489 nəfər(Azərbaycan bölməsi üzrə 3037, rus bölməsi üzrə 452), III ixtisas qrupu üzrə 5939 nəfər (Azərbaycan bölməsi üzrə 5334, rus bölməsi üzrə 605), IV ixtisas qrupu üzrə 1376 nəfər (Azərbaycan bölməsi üzrə 1143, rus bölməsi üzrə 233) ərizə verib.

V ixtisas qrupu üzrə 11 897 nəfər qeydiyyatdan keçib ki, bunların 10 839 nəfəri Azərbaycan bölməsi, 1058 nəfəri rus bölməsi üzrədir.

Bundan əlavə, tam orta ixtisas təhsili üzrə 11 873 nəfər ərizə verib. Onların da 11054 nəfəri Azərbaycan bölməsi, 819 nəfəri rus bölməsi üzrədir.

"Azərbaycan dili" fənni üzrə test imtahanda iştirak edəcək abituriyentlərin sayı 41 nəfərdir. 2019-cu ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan abituriyentlərin sayı 37 nəfərdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti