Kəlbəcər girovu ailəsinə məktub göndərdi

 Kəlbəcər girovu ailəsinə məktub göndərdi
  14 May 2020    Oxunub:4202
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub yollayıb.
Bu barədə Azvision.az -a girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, məktub bir həftə əvvəl gətirilib.

“Məktubda hər zamanki kimi “Salam, sağ ol, yaxşıyam” sözləri yazılıb. Bizə başqa heç bir məlumat verilməyib”.

Xatırladaq ki, 2014-ci ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Girov   Şahbaz-Quliyev  





Xəbər lenti