“Qayıtmaq üçün ən çox müraciət Rusiya və Türkiyədəndir” - XİN

  13 May 2020    Oxunub : 3157
   “Qayıtmaq üçün ən çox müraciət Rusiya və Türkiyədəndir” -    XİN
"Azərbayacana qayıtmaq üçün ən çox Rusiya və Türkiyədən müraciət edilir".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, mayın 1-dən indiyədək Xarici İşlər Nazirliyinin qaynar xətlərinə 664 telefon zəngi daxil olub, zənglərin hər biri cavablandırılıb:

"Vətəndaşlara mümkün qədər olduqları ölkələrdə qalmaq tövsiyə edilib. Çünki səfər zamanı yoluxma riski artır. Eyni zamanda, çoxsaylı təxliyə planları həyata keçirilib. Təxliyə edilənlər arasında yaşlılar, azyaşlılar, xəstələr üstünlük təşkil edir".

XİN rəsmisi bildirib ki, hazırda 60 ölkədə azərbaycanlılar var, onlar geri qayıtmaq üçün müraciət ediblər.

Aytən Zəhra
Azvision.az

Teqlər: XİN   Türkiyə   Rusiya