DSX-nın vəzifəli şəxslərinə cinayət işi açıldı - RƏSMİ

   DSX-nın vəzifəli şəxslərinə cinayət işi açıldı -    RƏSMİ
  13 May 2020    Oxunub:2506
Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinın (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun Azvision.az -a verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

O qeyd edib ki, detalları barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti