Mərkəzi Bank: 4 ayda kredit portfeli artıb

  Mərkəzi Bank:  4 ayda kredit portfeli artıb
  13 May 2020    Oxunub:2625
Maliyyə sektorunda müsbət meyillər davam edir. 2020-ci ilin 4 ayında kredit portfeli 1,9 faiz artıb.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, bunun əsas mənbəyi biznes kreditləri olub. Yanvar-fevral aylarında ipoteka kreditləri 5,2 faiz, biznes kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb.

“Bank sektorunun likvidliliyi qənaətbəxşdir. Banklarda 8 milyardan yuxarı likvid vəsait var ki, bu da aktivlərin 26 faizidir. Bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem müşahidə olunmur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti