“Vaxtımın çoxunu Azərbaycanda keçirirəm” - Depardye

“Vaxtımın çoxunu Azərbaycanda keçirirəm” - Depardye
  08 Yanvar 2014    Oxunub:1016
Məşhur fransız aktyoru Jerar Depardye Rusiyadakı yeni həyatı ilə bağlıı Dimanche (JDD) jurnalına müsahibə verib.
“Sevgi məktubları” tamaşasında oynamaq üçün Parisin Antuan teatrına qayıdan Jerar Depardye Rusiyadakı yeni həyatı ilə bağı JDD-yə müsahibə verib.

Aktyor kimi səhnədə olmaqdan olduqca məmnun qalan Depardye Parisdə yanvarın 11-dək qalacaq. “ Sevgi məktubları”nda oynadığı rolu 7 günə yekunlaşacaq.

“Aktyorluq mənlik deyil. Mən azadlığı sevən bir adamam, harada, nə vaxt, nə istəyirəm onu da edirəm. Hazırda arzuladığım sakit həyata qovuşmuşam”.

Fransaya “sadə bir ziyarətçi” kimi gəlirsiniz, sualına cavab olaraq o, vaxtının çoxunu Azərbaycanda, Ukraynada və Rusiyada son zamanlar isə İtaliyada keçirdiyini bildirib. “Harada biznesim var orada”-deyə Depardye özünü çöl pişiyinə bənzədib.

Qeyd edək ki, Jerar Depardye ölkəsində ondan tələb olunan verginin çoxluğuna etiraz olaraq Fransa vətəndaşlığından imtina edib və Rusiya vətəndaşlığını qəbul edib. Hazırda o, bir neçə ölkənin fəxri vətəndaşıdır.

S. Həsənova



Teqlər:  





Xəbər lenti