Türkiyədə “Kodlaşdırılan” etniklər

Türkiyədə “Kodlaşdırılan” etniklər
  08 Yanvar 2014    Oxunub:3080
Türkiyədə yaşayan etniklər içərisində ermənilər, yəhudilər və rumlar çoxluq təşkil edir.

Rəsmi məlumata görə Türkiyədə140 min erməni, 20 min yəhudi, 14 min rum var. Onların hamısı Türkiyə vətəndaşıdır və bu ölkənin kimliyin, pasportun daşıyırlar. Ölkədəki türk vətəndaşları kimi bütün hüquqlara sahibdirlər.

Əslində bu ölkədə xeyli sayda müxtəlif millətlərin nümayəndələri yaşayır və onların hamısı etnik sayılır. Amma məhz ermənilər, yəhudilər və rumlar xüsusi olaraq ayrılır. Çünki onların pasportlarında etnik olmaları ilə baglı soy kodları var. Bu kodlar məhz onların Türkiyədə yaşayan etnik olmalarını təsdiqləyir. Yəhudiləri 1, ermənilər 2, rumlar isə 3 rəqəmi ilə nömrələnib. Əslində bu qərar nə dünən, nə də bu gün verilib.



Türkiyədə “soy koduyla” işarələmə 1924-cu ildə imzalanan Lozanna sülh müqaviləsi zamanı olub. Qeyd edək ki, bu anlaşma İsveçrənin Lozanna şəhərində Türkiyə parlamentinin təmsilçiləri ilə Fransa, İtaliya, Yunanısan, Rumuniya, Belçika və Yuqoslaviya və Rusiya ilə imzalanmış sülh müqavilsidir. Və bu müqavilə zamanı sənədlərdəki bəndlərdən biri Türkiyədə yaşayan xalqların “soy kod nömrələri” ilə bağlı olub.

Amma soy kodları yalnız Türkiyədə yaşayan bu üç xalqa şamil edilib. Uzun illər kimlik alan üç xalqın nümayəndələri isə bu qərardan xəbrsiz olub. Amma bu xalqlardan hər hansı biri övladını öz dilində olan məktəbə qoymaq istəyərsə,Təhsil Nazirliyi onlardan Pasport şöbəsindən soy koduna dair rəsmi sənəd tələb edir. İlk belə bir sənəd isə Təhsil Nazirliyinin İstanbul Şişli bölgəsindəki şöbəsinə təqdim edilib. “Soy kod”la bağlı Təhsil Nazirliyinin cavabı belə olub: “ Türkiyədə sadəcə rum, erməni və yahudilərə deyil, eyni zamanda suriyanların 4 və digər millətlərdən olan nümayəndələrin kodu isə 5-dir.



Sadəcə 1,2,3 nömrələri ilə kodlanan azlıqların özlərinə aid təhsil ocaqları olduğu üçün bu məsələ xüsusi vurgulanır. Digər azsaylı xalqlar isə yalnız türk dilində təhsil dıqları üçün belə bir sənədə ehtiyac olmur”.



Xarici İşlər Nazirliyindən isə bildirilər ki, Türkiyədə heç bir milli azlıga qarşı ayrıseçkilik yoxdu. Sadəcə qanun əsasında müəyyən prosedurlar həyata keçirilir. “Dilindən və dinindən asılı olmayaraq Türkiyə Cümhuriyyəti vətəndaşlarının bütün hüquqlarını qoruyur və onlara hörmətlə yanaşır”.



Məhsəti Şərif, İstanbul



Teqlər:  





Xəbər lenti