Kadırov Obama ilə Konqresi küsdürdü
Qeyd edək ki, Amerika konqresmenləri Bastırkin və Kadırovun adlarının siyahıya salınmasında israrlıdırlar. Prezident Barak Obama isə bunu əleyhinədir. Obama etiraz etməklə əslində Moskvanın məsələyə sərt münasibət göstərəcəyindən bunun isə öz növbəsində Rusiya ilə ABŞ arasında münasibətlərə mənfi təsir edəcəyindən ehtiyat edir.
Adları siyahıya düşən şəxslərə qarşı sanksiyalar, ABŞ-a səfərlərinə qadağa ilə yanaşı onlara qarşı iqtisadi tədbirləri də nəzərdə tutur. Belə ki, onların ABŞ-dakı hesabları dondurulacaq, mülkləri müsadirə ediləcək və onlara biznes sahəsində əməkdaşlığa icazə verilməyəcək.