Diplomatiya könüllüləri Polşadakı səfirlə onlayn görüşdülər
Səfir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün fenomenal bir şəxsiyyət olduğunu xüsusi olaraq vurğuladı.
Görüşdə, əsası Ulu Öndər tərəfindən qoyulmuş və hazırda ölkə rəhbərliyi tərəfindən davam etdirilən gənclər siyasətinin əhəmiyyəti və bu xüsusda, könüllülük hərəkatının önəmi vurğulanıb və 2020-ci ilin məhz "Könüllülər ili" elan olunmasının Azərbaycan Respublikasının Prezidentinin könüllülərə verdiyi dəyərin növbəti nümunəsi olduğu qeyd edilib.
Sonda Azərbaycan dövləti tərəfindən Azərbaycan gəncləri üçün yaradılan bütün imkanlara görə ölkə rəhbərliyinə Diplomatiya Könüllüləri adından xüsusi təşəkkür ifadə olundu.
Azvision.az