İki ayda metro ilə 39 milyon sərnişin daşınıb

   İki ayda metro ilə 39 milyon sərnişin daşınıb
  08 May 2020    Oxunub:3704
Bakı metrosunda iş günləri vaxtı gündəlik 800 min, şənbə günləri 600 min, bazar günlərində isə 450 min civarında sərnişin daşınıb. İl ərzində orta hesabla bir gündə 659 min sərnişin daşınıb.
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC -nin sədri Zaur Hüseynov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarında metro ilə 39 milyon sərnişin daşınıb.

"Koronavirus pandemiyası ilə əlaqədar mart ayında sərnişin daşımalarının sayı azalıb, 12 milyona yaxın olub. Yeni qaydalara əsasən, maskasız heç kim metroya daxil ola bilməcəyək. Metrodan yalnız xüsusi icazəsi olan şəxslər istifadə edə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti