Vatikanın Ramazan təbrikində Papanın Bakıdakı çıxışı yer aldı

  Vatikanın Ramazan təbrikində Papanın Bakıdakı çıxışı yer aldı
  08 May 2020    Oxunub:3938
Müqəddəs Taxt-Tacın rəsmi internet səhifəsində Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti Kardinal Miguel Angel Ayuso Guiksotun Ramazan ayı münasibətilə dünya müsəlmanlarına ünvanlanmış müraciəti yerləşdirilib.
Azvision.az xəbər verir ki, ingilis, fransız, italyan və ərəb dillərində dərc olunmuş müraciətdə Roma Papası Fransiskin 2016-cı il oktyabrın 2-də Bakıya səfəri zamanı Heydər Məscidini ziyarət edərkən etdiyi çıxışa istinadən edilib.

“Bu baxımdan, Roma Papası Fransiskin 2 oktyabr 2016-cı il tarixində Bakıdakı (Azərbaycan) Heydər Əliyev məscidini ziyarət edərkən söylədiklərini xatırlatmağa dəyər: “Bu dua yerində qardaşlıq, dostluq şəraitində keçirilən görüşümüz dinlərin məsuliyyət hissi ilə davranan insanlar arasındakı münasibətlərə, onların xoş məramına əsaslanaraq birlikdə qura biləcəyi harmoniyaya güclü bir işarədir”.

Müraciətin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az


Teqlər: Vatikan   Papa   Ramazan  





Xəbər lenti