Xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək

  Xəbərdarlıq:  Hava şəraiti qeyri-sabit keçəcək
  08 May 2020    Oxunub:3584
Milli Hidrometeorologiya xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında mayın 9-u günün ikinci yarısından 11-dək şimal-qərb küləyinin sürətinin saniyədə 15-18, arabir 20-23 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 25 metrədək güclənəcəyi gözlənilir.
Xidmətdən Azvision.az -a bildirilib ki, mayın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək.

Azərbaycanın rayonlarında mayın 9-u günün ikinci yarısından 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, arabir 15-20, ayrı-ayrı yerlərdə 23-28 metr/saniyəyədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

Azvision.az



Teqlər: Hava   Xəbərdarlıq  





Xəbər lenti