Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürüldü
  07 Yanvar 2014    Oxunub:1318
Suriyada daha bir azərbaycanlı mücahid öldürülüb. APA-nın xəbərinə görə, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü, “Primorskiy Muhammed” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşıdır. Onun Bəşər Əsəd qüvvələri tərəfindən öldürüldüyü bildirilir. Mücahidlər “Primorskiy Muhammed”in meyitinin fotolarını da sosial şəbəkələrdə yayıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Suriyada daha iki azərbaycanlı mücahid öldürülüb.

Onlar “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı şəxsdir.



Teqlər:





Xəbər lenti