“Pandemiya icbari tibbi sığortanın tətbiqinə mane oldu” - Zaur Əliyev

 “Pandemiya icbari tibbi sığortanın tətbiqinə mane oldu” -    Zaur Əliyev
  06 May 2020    Oxunub:3540
Təəssüflər olsun ki, koronavirus pandemiyası ölkədə icbari tibbi sığortanın tətbiqinə mane oldu.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yanvar ayında şimal bölgəsində 20 rayonda, eləcə də 3 pilot rayonda icbari tibbi sığortanın tətbiqi həyata keçirilirdi.

“Layihə uğurla başlamışdı, gündəlik xəstəxanalara müraciət 1000-i keçmişdi. İcbari tibbi sığortanın tətbiqi kifayət qədər ağır prosesdir. İcbari sığortanın tətbiqinə başlanılan rayonlarda proses davam edəcək. Amma digər rayonlar üçün bu proses 2021-ci ilin 1 yanvar tarixinə təxirə salınıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəstəxana   Sığorta  





Xəbər lenti