“Analizlərin qəbul məntəqələri tam avtomatlaşdırılıb” - Agentlik sədri

“Analizlərin qəbul məntəqələri tam avtomatlaşdırılıb” -    Agentlik sədri
  06 May 2020    Oxunub:2953
Xüsusi karantin rejiminin tətbiqi nəticəsində Azəbaycanda koronavirusa yoluxmanın nəzarət altına alınmasına nail olunub.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda gündəlik yoluxma halı baş verir: “Xüsusi rejimli xəstəxanalarda aktiv xəstələrin müalicəsi davam edir. Yoluxmaların müəyyənləşməsi üçün analizlərin qəbulu məntəqələri tam avtomatlaşdırılıb. Bu gün 5 min müayinə məntəqələrdən götürülüb və qısa zamanda nəticələr bəlli olub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti