Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə sorğu göndərib

Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə sorğu göndərib
  06 May 2020    Oxunub:2469
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun may ayının 29-na təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, “Diplomatik xidmət haqqında” Qanunun 23-cü maddəsi siplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi barədədir.

Həmin qanunun 23.4-cü maddəsində qeyd edilir:

Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini hə-yata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti