Nazir İctimai Şuranın təkliflərini dinlədi

Nazir İctimai Şuranın təkliflərini dinlədi
  06 May 2020    Oxunub:2434
Təhsil naziri Ceyhun Bayramov nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, onlayn görüşdə koronavirus pandemiyası dövründə ölkə ərazisində tədrisin məsafədən təşkili, eləcə də nazirlik və İctimai Şura tərəfindən görülən işlər barədə danışılıb. Bu dövrdə bütün təhsilalanların məsafədən tədris zamanı təhsilə əlçatanlığının təmin olunması prosesində qazanılmış müsbət təcrübələr, təhsilalanların qiymətləndirilməsi ilə bağlı yaranan çətinliklər də müzakirə edilib.

Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti