“Babatam, amma səsim tam açılmayıb” – Rafiq Hüseynov

“Babatam, amma səsim tam açılmayıb” – Rafiq Hüseynov
  07 Yanvar 2014    Oxunub:955
AzVision.az bir müddət əvvəl Türkiyədə əməliyyat olunan tanınmış teleaparıcı Rafiq Hüseynovun vəziyyəti ilə maraqlanıb. Aparıcı yeni ili Bakıda ailəsi ilə birgə keçirdiyini və müalicələrinin hazırda davam etdiyini bildirib.

“Hələ ki, müalicələrim davam edir. Babatam, səsim tam açılmayıb, həkimlər deyir ki, bir aya səlis danışa biləcəm”- deyə R. Hüseynov qeyd edib.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dekabrın 10-də Türkiyədə əməliyyat olunub. Onun müalicə və müayinəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti