Xalq artisti: “Telekanallarda ciddilik çatışmır”

    Xalq artisti:  “Telekanallarda ciddilik çatışmır”
  05 May 2020    Oxunub:4251
“Bəziləri telekanallarda əyləncələrin olmasını istəyirlər. Bu gün bizə ciddilik lazımdır. Ciddi kliplər, ciddi səhnələr lazımdır. Əyləncə məsələsi sonraya qalsın".
Azvision.az xəbər verir ki, bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

İnsanların illər boyu əyləncə proqramları izlədiyini deyən Xalq artistinin sözlərinə görə, hazırda telekanallarda ciddilik çatışmır.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   TV  





Xəbər lenti