Oğurluqla məşğul olan dəstə üzvləri tutuldu

Oğurluqla məşğul olan dəstə üzvləri tutuldu
  05 May 2020    Oxunub:2603
Mayın 1-də Kürdəxanı qəsəbəsindəki marketlərin birindən 572 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş - Sumqayıt şəhər sakini N.Rzayev və Naxçıvan şəhər sakini Z.İsmayılov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, aparılmış əməliyyat tədbirləri ilə N.Rzayevin əvvəllər məhkum olunmuş Bakı şəhər sakini R.Babayev və Naxçıvan şəhər sakini S.İbrahimov ilə birgə aprelin 22-dən 28-dək olan müddətdə Zabrat qəsəbəsi ərazisində iki avtomobildən üç akkumulyator, habelə iki velosiped oğurlamaları da müəyyən edilib. Davam etdirilən tədbirlərlə R.Babayev və S.İbrahimov da polis əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Cinayət   Oğurluq  





Xəbər lenti