Siyavuş Novruzov: “Əli Kərimli siyasi alverçidir”

  Siyavuş Novruzov:  “Əli Kərimli siyasi alverçidir”
  05 May 2020    Oxunub:5000
"Əli Kərimli siyasətçi deyil, o, siyasi alverçidir".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın fikrincə, Əli Kərimlinin işi odur ki, Azərbaycanı gözü götürməyən xarici dairələrlə, erməni lobbisi ilə alverə girsin, ölkəmizə qarşı qarayaxma aparsın:

“Onun hansı dəyərləri var ki, gəlib dialoqda iştirak etsin? Xaricdən buna tapşırıq verənlər desə, dialoqa gələcək. Və orada həmin dairələrin maraqlarını müdafiə edəcək. Ona siyasətçi demək olmaz”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   MM  





Xəbər lenti