Vasif Talıbov 16 hərbçiyə ev verdi

Vasif Talıbov 16 hərbçiyə ev verdi
  07 Yanvar 2014    Oxunub:2221
Naxçıvanda 20 ildən çox xidmət edən 16 hərbi qulluqçuya mənzil hədiyyə edilib.

AzVision.az-ın məlumatına görə, mənzilləri hərbçilərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təqdim edib.

“Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Qüsursuz xidmət edən hərbi qulluqçuların mənzillərlə təmin olunması ölkə Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu gün mənzillərlə təmin olunanhərbi qulluqçuların xidməti fəaliyyəti ordu sıralarında xidmət keçən digər zabit, gizir və əsgərlər üçün nümunə olmalıdır”-deyə V.Talıbov təqdimat mərasimində deyib.

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim etmiş, yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, isitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunan mənzillərdən 14-ü üçotaqlı, 2-si isə iki¬otaqlıdır. Hər birinin sahəsi 139 kvadratmetr olan mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti