Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri artırılıb
“Yeni səlahiyyətlərimiz bizə imkan verəcək ki, subsidiyaların aqrar sahəyə göstərdiyi qısa və uzunmüddətli təsiri araşdıraq, onların səmərəliliyini artırmaq istiqamətində təkmilləşdirmələr aparaq”, - deyə AKİA-nın sədri Mirzə Əliyev vurğulayıb.
Agentlik sədri əlavə edib ki, qurumun qarşısında duran əsas məqsəd subsidiyaların aqrar sahənin inkişafına real təsirini təmin etməkdir: “Bunun üçün də subsidiyaların doğru ünvanlara çatması vacibdir”.
Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən aqrar sahəyə subsidiya müraciətləri elektron sistem üzərindən qəbul edilir və fermerlərin kartlarına bir hissəsi nağdlaşdırılmayan, yalnız istehsal xərcləri üçün pos-terminallar vasitəsilə ödənilə bilən vəsait şəklində köçürülür. İlk olaraq bu qayda ilə ötən ilin payızlıq əkinləri üçün əkin subsidiyası və pambıq üçün məhsul subsidiyası ödənilib.
Azvision.az