YAP-da videokonfrans şəklində müşavirə keçirilib

YAP-da videokonfrans şəklində müşavirə keçirilib
  02 May 2020    Oxunub:3162
Mayın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı ilə videokonfrans şəklində növbəti müşavirəsi keçirilib.
YAP-dan Azvision.az -a bildirilib ki, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətindən, qazanılan uğurlardan bəhs edib.

Hazırda dünyanın koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov bildirib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir və bu tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Qabaqlayıcı, sistemli tədbirlər nəticəsində Azərbaycan koronavirus infeksiyasının ən az yayıldığı ölkələr sırasındadır.

Əli Əhmədov, həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Partiyanın bütün strukturları, o cümlədən rayon və şəhər təşkilatları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq yardım və dəstək göstərir.

Müşavirədə qarşıda duran vəzifələrlə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Azvision.az


Teqlər: YAP   Müşavirə  





Xəbər lenti