Repetitor xidmətləri necə olmalıdır? - QAYDA

 Repetitor xidmətləri necə olmalıdır? -  QAYDA
  02 May 2020    Oxunub:5125
Fərdi tədris və repetitor xidmətləri ilə bağlı təlimat qaydaları müəyyənləşib. Qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi qeyd olunub.
Azvision.az xəbər verir ki, qaydalara əsasən, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir.

Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə).

Dərs vəsaitləri ortaq istifadə edilməməli, şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zamanı otaq havalandırılmalıdır.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Repetitor   Qayda  





Xəbər lenti