Müdafiə naziri Naxçıvan ordusunda dəyişikliklər etdi - İDDİA

Müdafiə naziri Naxçıvan ordusunda dəyişikliklər etdi - İDDİA
  07 Yanvar 2014    Oxunub:1705
Naxçıvanda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov orduda bir sıra dəyişikliklər edib. O,Naxçıvan hərbi lisseyinin rəisi general-mayor Rasim Əliyevi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifəsinə gətirib.

Həmçinin Naxçıvandakı N saylı hərbi hissənin komandiri palkovnik Teymur Eyyubovda Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifəsinə gətirib.

Bundan başqa Naxçıvandakı hərbi polisin rəisi palkovnik Elman Orucov buradakı hərbi lisseyin rəisi təyin edilib.

Nazir bir sıra zabitlərədə palkovnik rütbəsi verib. Namiq Bayramov isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda hava hücumundan müdafiə idarəsində qərargah rəisi təyin edilib.

AzVision.az xəbər verir ki, bu barədə Xeberdar.az-a Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundakı etibarlı mənbə məlumat verib.

Qeyd etdiyimiz dəyişikliklərlə bağlı Müdafi Nazirliyinin yeni təyin olunmuş mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı ilə əlaqə saxlamağa çalışsaqda o, telefonlara cavab vermədi.


Teqlər:





Xəbər lenti