Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manat yığılıb

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manat yığılıb
  01 May 2020    Oxunub:3718
Bu günə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manat vəsait yığılıb. Fondun vəsaiti ilə bağlı hələ xərcləmə yoxdur.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, koronavirusla mübarizə üçün dövlətin ayırdığı vəsait hələki kifayət edir.

“Növbəti həftə vəsaitlərin xərclənməsinə nəzarət edən İctimai Şuranın iclası olacaq. Vəsait şəffaf şəkildə xərclənəcək və ictimaiyyətə məlumat veriləcək. Bu barədə saytda da hesabat olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Qərargah  





Xəbər lenti