Milli Məclis yeni Baş prokuror təyinatına razılıq verdi - YENİLƏNİB

Milli Məclis yeni Baş prokuror təyinatına razılıq verdi -  YENİLƏNİB
  01 May 2020    Oxunub:3796
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Azərbaycan Prezidentinin təqdimatı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən diqqətə çatdırılıb.

Sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti