Ötən ay 130 partlamamış hərbi sursat tapılıb

Ötən ay 130 partlamamış hərbi sursat tapılıb
  01 May 2020    Oxunub:3005
Cari ilin aprelində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2, Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzi sistemindən 18, Dövlət Sərhəd Xidmətindən (DSX) 7 və Rayon Polis Şöbəsindən 1 müraciət daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 10 min 855 kvadratmetr ərazi yoxlanılıb, 128 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina və 797 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Xüsusi karantin dövrü ərzində FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3, DİN-nin “102” Xidməti-Zəng mərkəzi sistemindən 21, DSX-dan 7 və Rayon Polis Şöbəsindən 1 müraciət əsasında Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Füzuli, Goranboy, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə 11 min 555 kvadratmetr ərazi yoxlanılıb, 130 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina və 797 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 543 milyon 456 min 292 kvadratmetr ərazi təmizlənib, 807 min 315 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

2020-ci ilin aprelində mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti