Çindən bir qrup tələbə İlham Əliyevə məktub yazdı

 Çindən bir qrup tələbə İlham Əliyevə məktub yazdı
  30 Aprel 2020    Oxunub:3875
Çindən bir qrup tələbə Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Azvision.az -ın məlumatına görə, Çinin Quancou Universitetində təhsil alan tələbələr Azərbaycan dövlət başçısını uğurlu nailiyyətlərinə görə təbrik edib, sülhsevər səyləri üçün minnətdarlıqlarını bildiriblər.

Məktubda deyilir: “Hörmətli cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım.

Sizi Çində yaşayan və Sizin pərəstişkarınız olan tələbələrin adından salamlayırıq. Biz Çinin Quancou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur və özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə və ailənizə hər şeyin ən yaxşısını arzulayırıq.

Sizi uğurlu nailiyyətlərinizə görə təbrik edir və sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir və dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz və müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt və daha parlaq həyat yaşadacaqdır.

Sizə böyük işlərinizdə uğurlar arzulayırıq. Həyata keçirdiyiniz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi də planlaşdırırıq. Əgər Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, gülərüz qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi də məmnuniyyətlə nümayiş etdirərik.

Dünyada koronavirusun yayıldığı bir vaxtda Sizə, ailənizə və xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik.

Xoş günlər arzusu və hörmətlə,

Quancou Universitetinin tələbələri,

Yanjie Qiao

Ren Zhi

Yanping Zhong

Xin Vang

Huan Zhang

Meng Vang

Yilian Gao

Caiyan Vu

Vei Qi

Çin Xalq Respublikası, Quancou şəhəri”.

Azvision.az


Teqlər: Çin   Azərbaycan   İlham-Əliyev  





Xəbər lenti