Naxçıvan Qarnizonu Qoşunlarında toplantı keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında toplantı keçirilib
  29 Aprel 2020    Oxunub:3016
Naxçıvan Qarnizonu Qoşunlarında mühəndis ixtisaslı manqa komandirləri ilə ixtisas toplantısı keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşğələlər zamanı mühəndis təminatı tapşırıqlarını yerinə yetirən şəxsi heyətin fərdi və kollektiv fəaliyyətdə bacarıqları təkmilləşdirilib.

Mövcud mühəndis texnikaları vasitəsilə təbii və süni maneələrdən motoatıcı və tank bölmələrinin keçidi təmin olunub, şəxsi heyət partlayış təlimində praktiki məşq edib.

Azvision.az



Teqlər: Naxçıvan   Manqa   Təlim   Məşğələ  





Xəbər lenti