“Azərişıq”dan daha bir yenilik

“Azərişıq”dan daha bir yenilik
  28 Aprel 2020    Oxunub:3009
May ayının sonunadək “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektrik sayğacların smart kartların balansını artırmaq mümkün olacaq.
ASC-dən Azvision.az -a verilən məlumata görə, abonentlər bu əməliyyatları smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucular vasitəsilə apara biləcəklər.

“Cihazlar artıq sifariş olunub və may ayının 12-dək ölkəyə gətiriləcəklər. Daha sonra xidmət sınaqdan keçirilərək istifadəçilərin ixtiyarına veriləcək. Satışa çıxarılacaq kart oxuyucuların qiyməti 18-20 manat civarında olacaq”, - deyə “Azərişıq”dan qeyd ediblər.

ASC-dən əlavə olaraq bildirilib ki, yeni xidmət yalnız istismarda olan 300 min ədəd “PoudRaad” şirkətinin sayğaclarının SMART-kartlarına şamil olunacaq.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti