82 mindən çox ailəyə ünvanlı sosial yardım ödənildi
Qeyd edək ki, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən ailə üzvlərinin sayı 50 min artıb.
Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək 223 manata çatıb. Beləliklə, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi artıq yekunlaşıb.
Azvision.az