Azərbaycanda vəzifəli şəxs belə saxlanıldı - VİDEO

Azərbaycanda vəzifəli şəxs belə saxlanıldı -    VİDEO
  28 Aprel 2020    Oxunub:14021
Xəbər verdiyimiz kimi, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Azvision.az xəbər verir ki Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.

Bundan başqa, onun aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını da mənimsədiyi məlum olub.

İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, M.Əhmədov şübhəli şəxs qismində tutulub.

Məhərrəm Əhmədova qarşı keçirilən əməliyyatın görüntülərini təqdim edirik:



Azvision.az


Teqlər: İsmayıllı   DTX   Həbs  





Xəbər lenti