Azərbaycanlı gənc İsveçdə koronavirusdan ölüb

  Azərbaycanlı gənc İsveçdə koronavirusdan ölüb
  27 Aprel 2020    Oxunub:5475
İsveçdə azərbaycanlı gənc koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand "Facebook" hesabında məlumat yayıb.

"Stokholmda 22 yaşında gənc azərbaycanlımız bu gün gecə saatlarında Covid-19-dan həyatını itirdi. Özü də sağlam bir gənc. İsveç virusla oyun oynayır. Yaxşı ki, Azərbaycandasınız", - deyə paylaşımda qeyd olunub.

Azvision.az


Teqlər: İsveç   Koronavirus   Pandemiya  





Xəbər lenti